6 nəfəri yaralayan şəxs: «Əcəb eləmişəm» - Təfərrüat
22.12.2015 620 0.0 0

Lökbatan qəsəbəsində baş verən silahlı insident nəticəsində yaralanan şəxslərin hazırda vəziyyəti stabildir. 

Məlumata görə, insident zamanı yaralanan şəxslərdən üçü artıq 1 saylı Şəhər Kliniki Xəstəxanasından evə buraxılıb. Yaralılardan biri travmatalogiya, 2 nəfər isə cərahiyyə şöbəsinə yerləşdirilib. 

Yaralı şəxslər polis nəzarətindədir.

Yaxınlarının bildirdiyinə görə, insident zamanı yaralanan şəxslər Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyirmişlər.

 

Hadisənin təfərrüatlarına gəlincə, yaralanan Ədalət Həsənov Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında 7 yaşlı oğlu Orxan üçün ad günü şənliyi keçirirmiş. Daş karxanasında işləyən dostlarını da övladının ad gününə dəvət edibmiş.

Mərasim zamanı restoranda Ədalət Həsənovun dostları ilə digər masada əyləşən müştərilər arasında mübahisə yaranıb. İçkili halda olan Bakı şəhər sakini Məhərrəm Əliyev və dostu Samir adlı şəxs Ədalət Həsənovun qonaqlarından sakit olmağı tələb edib və onları hədələyiblər. 

 

Mübahisə böyüdükdən sonra Məhərrəm Əliyev onlara odlu silahdan atəş açmağa başlayıb. Nəticədə 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

Hazırda hadisənin tördənlərdənlərin Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs olduğu müəyyən edilib. Eyni zamanda polislərin nəzarətində hadisəni törədən şəxslərdən biri 1 saylı Şəhər Kliniki Xəstəxanasın gətirilərək xəsarət alanlarla üzləşdirilib. 

 

Yaralıların qohumları bildirib ki, silahdan atəş açan şəxs hansısa məmurun oğludur. Xəstəxana işçilərinin dediyinə görə, o, görüş zamanı: `Günahkar mənəm, yaxşı eləmişəm`-deyə cavab verib.

`Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm`,- deyə yaralıların qohumları bildirib./azvision.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar