«5+1» nüvə proqramına dair danışıqları yekunlaşıb
05.03.2015 728 0.0 0
İsveçrənin Montrö şəhərində “altılıq” ölkələri və İran arasında nüvə proqramına dair danışıqlar yekunlaşıb.

 

 “RİA Novosti”-nin verdiyi xəbərə görə, “altılıq”-Tehran danışıqlarının növbəti raundundan əvvəl ABŞ dövlət katibi Con Kerribə İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin iştirakı ilə üç gün davam etmiş ABŞ-İran diskussiyaları keçirilib.  

 

Tərəflər arasında müəyyən irəliləyişə nail olunduğu, lakin kompromisin əldə olunması barədə danışmaq hələ tez olduğu bildirilir.

 

Məhəmməd Cavad Zərifin sözlərinə görə, tərəflər razılaşmaya nail olmaq üçün  gecə-gündüz çalışmağa hazırdır: “Biz buna çox yaxınıq, lakin, eyni zamanda, çox uzaq da ola bilərik”.  

 

 

“Altılıq” ölkələri və İran martın 24-dək nüvə proqramına dair siyasi razılığa gəlmək və iyunun sonunadək artıq hərtərəfli sazişin hazırlanması istiqamətində səy göstərməkdə davam edirlər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar