50 nəfərin iştirakı ilə kütləvi dava olub
09.03.2018 1182 0.0 0

Kiyevdə 40-50 nəfərin iştirakı ilə kütləvi dava olub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə Vasilkovski küçəsində baş verib.

Bildirilir ki, dalaşanların hamısı sərxoş vəziyyətdə olub. Dava zamanı onlardan biri başından dəmir boru ilə zədə alıb.

Kütləvi davanı qızışdıranlar saxlanılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.


Digər xəbərlər:
Şərhlər
avatar