45 nəfər and içib Azәrbaycan vәtәndaşlığına qәbul olundu
14.09.2016 1183 0.0 0

Bu gün Azərbaycan vәtәndaşlığına qәbul vә bәrpa edilmiş şәxslәrin Dövlәt Miqrasiya Xidmәtindә (DMX) tәntәnәli andiçmә mәrasimi keçirilib.
 
DMX-nin mətbuat xidmətindən verilən məlumata görə, Azәrbaycan prezidentinin sәrәncamları ilə vәtәndaşlığa qәbul edilәn şәxslәrin andiçmә mәrasimindә bildirilib ki, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində əsaslı tədbirlər həyata keçirilib.
 
Azәrbaycan prezidentinin 2008­ci il 6 mart tarixli fәrmanına müvafiq olaraq, DMX-nin vәtәndaşlıq mәsәlәlәrindә iştirakı tәmin edilib. Həmçinin prezdentin 2015-ci il 11 fevral tarixli fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığının mənsubiyyətinin müəyyənləşdirmək də bilavasitə DMX vəzifəsi kimi müəyyən olunub. Görüşdә vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Azәrbaycan prezidentinin müvafiq sәrәncamları ilә 2008-ci ildәn indiyәdәk 1682 nәfәrin Azәrbaycan vәtәndaşlığına qәbul və bərpa edildiyi bildirilib. Bununla belә, bu müddәt әrzindә 61 min 473 şәxsin Azәrbaycan vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.
 
Sonra vәtәndaşlığa qәbul edilmiş 45 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Konstitusiyasına әl basaraq Azәrbaycana sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar