40 il cəngəllikdə yaşayan ata və oğul tapılıb-VİDEO
09.07.2016 1899 0.0 0

Ata və oğul 40 illik cəngəllik həyatına son qoydu: "Salam, dünya"!

Vyetnam müharibəsi zamanı evlərini tərk edərək, ömürlərinin 40 ilini Vyetnam cəngəlliklərində keçirən Ho Van Than və oğlu Ho Van Lanq geri dönüblər.
 
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, onların mövcudluğunu 2013-cü ildə cəngəllik sahəyə odun toplamağa gedən sakinlər aşkarlayıb.
 
Ata Ho Van Thanın paytaxta gətirildikdən sonra ilk dediyi söz isə sadəcə "Salam, dünya!" olub.
 
Müharibə zamanı bombardmandan qorunmaq üçün meşəyə üz tutaraq, 40 il ərzində yerdən 5 metr hündürlükdəki kiçik bir daxmada yaşayan bu adamların həmin müddətdə sivil aləmlə heç bir əlaqəsi olmayıb.
 
Ata ilə oğlunun bu müddətdə meşədə yetişən meyvələrlə qidalandıqları bildirilib.
 
Qeyd edək ki, hazırda hər iki şəxs xüsusi həkim nəzarətində saxlanılırlar. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar