3 uşaq anası intihar etdi
26.04.2015 746 0.0 0
Zaqatalada intihar hadisəsi baş verib.

 

Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

 

Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. İntiharın səbəbləri həllik məlum deyil.

 

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar