3 il əvvəl yanmış meyiti tapılan qadının öldürdüyü məlum olub
31.12.2016 1074 0.0 0

Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın 2013-cü il may ayının 15-də evində sobanın üstündə yanmış meyiti tapılıb.

 

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

 

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar