'Siqan' ləqəbli avtoritetin məhkəməsində prokuror çıxış etdi
30.09.2016 1114 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.
Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxşıb edib.
Prokuror çıxışında E.Məmmədov barəsində hökmün Azərbaycan Respublikasının qanunvericiyinə uyğun olaraq, tənzimlənməsini istəyib. Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti prosesi oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.
O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.
Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan" (Qaraçı) ləqəbi ilə tanınır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar