'Siqan' ləqəbli avtoritetə 20 illik həbs cəzası verildi
06.10.2016 617 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, Rusiyada onun barəsində çıxarılan məhkəmə hökmünün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə qərar verilib. Ona 20 il cəza təyin edilib.

 

Qeyd edək ki, E. Məmmədov Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, Azərbaycana təhvil verilib. Hazırda onun barəsində olan hökmün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə baxılır. 

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar