'Polat Alemdar'ın Ərdoğanla görüşə gəlməməsinin səbəbi bilindi
01.11.2016 2421 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur "Kurtlar vadisi” serialının Polat Alemdarı Necati Şaşmazı keçirdiyi tədbirə dəvət etməməsi ilə bağlı Pana Film şirkəti açıqlama yayıb.

Məlumata görə, "Pana Film”in məlumatında bildirilir ki, Necati Şaşmaz prezidentin iqamətgahında keçirilən Respublika günü ilə bağlı mərasimə səlahiyyətli şəxslər tərəfindən dəvət olunub.

"Lakin əvvəlcədən planlaşdırılan xaricə səfərə görə Şaşmaz mərasimdə iştirak edə bilməyib. Bu barədə prezidentin səlahiyyətli nümayəndələrinə də məlumat verilib. Yayılan xəbərləri Necati Şaşmaz haqqında son günlər sistemli şəkildə dərc edilən qaralama xarakterli xəbərlərin davamı kimi qiymətləndiririk. Bu xəbərləri yayan internet saytlarına  hüquq çərçivəsində cavab veriləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, "Pana Film”in Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən 2 ay əvvəl "Kurtlar vadisi Darbe” adının patentini alması üzə çıxmasından sonra Necati Şaşmazın əleyhinə KİV-də müxtəlif məlumatlar yayılıb. Bunlardan biri Şaşmazın polis bölməsinə çağırılaraq ifadəsinin alınmasıdır./baku.ws/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar