Tarix: 10.12.2016,   Saat: 10:52, Şənbə.          

31 oktyabrda gözlənilən hava şəraiti

Sabah Bakıda və Abşeron yarımadasında dava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Gecəyə doğru yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi  günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz  9-13° isti, Bakıda gecə  7-9° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90% təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti, gündüz 10-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacağı gözlənilir./apa/



  Bölmə: Manşet | Baxış sayı: 779 | Tarix: 30.10.2016, 15:06


Xəbərlər