2 polisin ölümü ilə nətcələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb
10.11.2017 966 0.0 0

Bakıda polis əməkdaşları qəzaya düşüb.

 

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 07.30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdlü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı hasara çırpılıb.

 

Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdlü Elnur Eldar oğlu Məsimov ölüb.

 

Avtomobildə olan daha bir polis nəfəri, 1985-ci il təvəllüdlü Kamal Aftandil oğlu Vəliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

 

Qeyd edək ki, qəza barədə xəbəri ilk olaraq lent.az yayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar