27 yaşlı qadının qatili: `Kimsə zəng etmişdi, soruşdum, demədi`- VİDEO
10.12.2016 2180 0.0 0

Gəncədə qətl hadisəsinin təfərrüatları məlum olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini Səadət Verdiyevanı qətlə yetirən Famil Məmmədov hadisənin təfərrüatları barədə danışıb. Onun sözlərinə görə, qadını bir müddət əvvəl tanıyırmış. Dekabrın 6-da isə o Səadət Verdiyevanın yaşadığı evə qonaq gedib.

“Spirtli içki alıb getdim onlara. Yeyib içdik. Uşağı nənəsigilə getdi. Gecəni onlarda qaldım. Səhər tezdən ona zəng gəldi. Kimin zəng vurduğunu öyrənmək istədim. Aramızda yaranan mübahisə zamanı içki butulkası ilə onu vurdum. Sonra mələfə ilə boğub bıçaqla boğazını bıçaqladım. Ürəyim soyumadı, qayıdıb birdə boğub öldürdüm”.

Qeyd edək ki, qətl hadisəsi dekabrın 7-də şəhərin Adil xan Ziyadxanov küçəsində 39 saylı binanın 70 saylı mənzilində qeydə alınıb. Həmin ünvanda yaşayan 27 yaşlı Səadət Verdiyevanın üzərində zorakılıq əlamətləri olan meyiti yataq otağında tapılıb. Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, cinayəti Goranboy rayon Səmədabad kənd sakini, 29 yaşlı, əvvəllər məhkumluq həyatı yaşayan Famil Məmmədov törədib.

"8 dekabr 2016-cı il tarixdə Famil Məmmədov qeyd olunan cinayətin törədilməsində şübhəli bilinərək saxlanılmış və ona ittiham elan olunmuşdur".

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə iş başlanıb, istintaq gedir./APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar