26 sentyabrın hava məlumatı
25.09.2016 558 0.0 0

Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,  günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu nun gecə 15-18° isti, gündüz  20-24° isti, Bakıda gecə  15-17° isti, gündüz  21-23° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 760  mm  civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz  60-70 % təşkil edəcək.           

 

Azərbaycanın rayonlarına gəlincə, sabah hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti,  gündüz 11-16° isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar