26 sentyabr İlham Əliyevin ətrafinda sıx birləşib dəstək olaq
14.09.2016 2955 0.0 0

Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kampaniyasının Layihə rəhbəri Nicat Müslümov 18 mart, 2009 - cu ildə baş tutan referendumdan artıq 7 il ötüb. Geridə qoyduğumuz illər ərzində respublikamızın bütün sahələrində canlanma öz əksini tapmışdır.

İqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxartmışdır. İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını sevindirməyə bilməz. Saymaqla bitməyən idman sektorundakı uğurlarımız bütün Azərbaycanın uğurudur. Vaxtında doğru atılmış addım dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə dövlətimizin inkişafına səbəb olmuşdur.

Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin 26 sentyabr, 2016 – cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam günün tələbinə və marağına cavab verməklə yanaşı, 7 il öncə vaxtında atılmış doğru siyasətin ardıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri olan seçkilərdə iştirak edə biləcək vətəndaşların yaş həddlərinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi addımdır. Belə ki, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır.

Bu nöqteyi nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir vətəndaş üçün geniş imkanlar yaranır və bu dəyişiklik də digərləri kimi bilavasitə Respublikamızda müzakirə obyektinə çevrilən mühüm məsələlərin həllinə yeni prizmalardan yanaşılması, daha labüd qərarların qəbul edilməsini və s. müsbət xüsusiyyətlərini özündə təcəssüm etdirir. Nəzər yetirsək, görə bilərik ki, Konstitusiyaya edilən dəyişikliklərin mahiyyətində biz gənclərə geniş imkanlar nəzərdə tutulmuşdur. Əgər Azərbaycan Respublikasının Milli Məclisinə qəbul olunmaq üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr, 2016 - cı il tarixində keçiriləcək referendumun qəbul olunacağı təqdirdə yaş senzi minimuma endiriləcək və bu zaman artıq vətəndaşlar üçün, xüsusən də, biz gənclər üçün yeni yollar açılmış olacaqdır.

Düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir. Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir.

Artmaqda olan Azərbaycan dövlətinin nüfuzu özünü müvafiq olaraq ayrı-ayrılıqda ictimai, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə də ehtiva edir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin püxtələşdirilməsi, dövlət qurumlarının fəaliyyətlərinin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsi baxımından 26.09.2016 – cı il tarixində baş tutacaq referendumun böyük əhəmiyyəti var. Heç şübhəsizdir ki, son dərəcə geniş imkanları ilə seçilən, ölkəmizin inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar