26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir
07.05.2019 557 0.0 0

İyirmi altı ildir Ukraynada itkin hesab edilən həmyerlimiz Şükürov İlham Ağamirzə oğlu Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Vətənə yola salınıb.

 

Qazeta.info azxeber.com-a istinadla xəbər verir ki, 26 ildir Dnepr şəhərində baxımsız vəziyyətdə yaşayan  və doğmalarınn itkin düşdüyü hesab etdikləri həmyerlimiz artıq öz doğma yurduna qayıdır.

 

Bu günlərdə səfirliyimiz və həmyerlimiz Ruslan Seyidovun səyi nəticəsində İ.Şükürov tapılıb. İlkin olaraq xəstəxanada müalicə etdirilib.

 

Daha sonra İ.Şükürovla keçirilən görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq vətəndaşlarımızın problemlərinin həlli səfirliyin prioritet istiqamətlərindən biridir. Artıq səfirlik tərəfindən bir neçə vətəndaşımıza qayğı göstərilərək Vətənə yola salınıb. İ.Şükürovun da sənədləri düzəldilərək Azərbaycana, doğmalarının yanına göndərilib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar