25 Fevral Hava məlumatı
24.02.2015 722 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki, Bakı və Abşeron yarımadasında,Fevralın 25-də hava şəraitinin dəyişkən buludlu, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında Fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Fevralın 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar