23 iyunda gözlənilən hava şəraiti
22.06.2017 844 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

İyunun 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21, Türkan, Hövsan, Sahil, Şıxda  22-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

İyunun 23-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın  əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 25-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü

meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar