22 avqustda gözlənilən hava şəraiti
21.08.2017 991 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında 
Avqustun 22-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-25, gündüz 34-36, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 , Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında
Avqustun 22-də hava şəraitinin yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. 
Havanın temperaturunun gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar