21 yanvarda gözlənilən hava şəraiti
20.01.2017 1971 0.0 0

Yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz  5-7° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. 

 

Nisbi rütubət  gecə 75-85 %, gündüz  60-65 % təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar