20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
20.01.2018 883 0.0 0

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

 

20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar