19 oktyabr aksiyası ilə bağlı Milli Şurasının sədri Cəmil Həsənli bəyanat yayıb
19.10.2019 789 0.0 0

Qazeta.info xəbər verir ki, bəyanatda deyilir:
"Mübariz Azərbaycan xalqı və demokratiyanı əziz tutan dünya ictimaiyyəti! Bu gün Bakı şəhərinin 28 may metrosunun qarşısına Milli Şura aksiya təyin edib və bu barədə hakimiyyət orqanların məlumatlandırıb. Mitinq və küləvi aksiya keçirmək Azərbaycan vətəndaşlarının konstitusyon hüququdur. Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında sərbəst toplaşmaq azadlığını təmin etmək haqqında öhdəlik götürüb. Amma buna baxmayaraq bu gün faktiki olaraq Bakı şəhərində fövqəladə vəziyyət elan edilib. Polis qüvvələri tərəfindən mitiq keçiriləcək meydan öncədən tutulub və ətraf küçələr mühasirəyə alınıb. Nümyişçilərə qarşı görünməmiş zor tətbiq edilib, insanlara qarşı vəhşilik aktları həyata keçirilib. Yalnız 28 may meydanı deyil və ətraf küçələr deyil, Bakı şəhərində internet rabitəsi kəsilib, mobil provayderlər öz müştərilərinə xidmət göstərməyi dayandırıb. Cənubdan, Şərqdən və Şimaldan Bakıya daxil olan yollar bağlanıb. Hətta Sumqayıt Bakı elektrik qatarının hərəkəti dayandırılıb. Metronun yalnız 28 may stansiyası deyil və ona yaxın stansiyalar da bağlanıb. Bütün bunlara baxmayaraq minlərlə insan aksiyaya qoşulub və 28 May meydanına yaxın ərazilərdə “İstefa”, “Azadlıq” şüarları qışqırıb və mitinqin “Azad seçki”, “Siyasi məhbusları azad edin”, “Qarabağa azadlıq”, “Uşaqpullarını verin”, “Sosial sığortanı təmin edin” və sair plakatlar qaldırılıb. Azərbaycan hakimiyyəti bütün polis və təhlükəsizlik qüvvələrini şəhərə tökməsinə, kütləvi həbslər həyata keçirməsinə baxmayaraq aksiya baş tutub. Bu gün Azərbaycan xalqı öz iradəsini ortaya qoydu və azadlıq və demokratiya uğrunda dirəniş göstərdiyini nümayiş etdirdi. Xalq Cəbhəsinin sədri və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli mitinq meydanına gedərkən yolda saxlanılıb. Onu müşayiət edən şəxslərə qarşı zor tətbiq edilib, mühafizəçilər, jurnalistlərə qarşı vəhşilik törədilib. Partiya liderini müşayiət edən Milli Şura və AXCP rəhbərliyində təmsil olunan şəxslər mülki geyimli polis və təhlükəsizlik işçiləri tərəfindən həbs ediliblər. 19 oktyabrda baş verənlər bir tərəfdən Azərbaycan xalqının öz haqqı və hüququ uğrunda mübarizəyə hazır olduğunu, digər tərəfdən Əliyev rejimi isə polis süngüsü üzərində oturduğunu nümayiş etdirdi. İlham Əliyevin 16 illik soyğunçu, korrupsioner, kriminal, antimilli, kleptokratik idarəçiliyi ölkənin dərin böhrana, əslində isə uçrumun qarşısına gətirib çıxarıb. Ölkənin müdafiə xərclərini oğurlayan bir hakimiyyətdən ayrı bir mənəvi keyfiyyət gözləmək mənasızdır. Bu rejim cinayətin içərisindədir və millətimiz bu cinayətkarlara get deyir. Millətin iradəsi ortadadır və hakimiyyət bundan nəticə çıxarmalıdır. Əli Kərimli və digər həbs edilən şəxslər dərhal azad edilməlidir."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar