19 fevralda gözlənilən hava şəraiti
18.02.2016 672 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki, 

Bakıda və Abşeron yarımadasında

Fevralın 19-da arabir yağış yağacağı, gecə bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Fevralın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə gecə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar