15 yaşlı yeniyetmə göldə batdı
08.06.2015 610 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonunda süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 83 km aralı, nəzarətsiz ərazidə) 1999-cu il təvəllüdlü, Mövludov Murad Ruslan oğlunun batması haqqında məlumat daxil olmuşdur.

Məlumata görə  M.Mövludovun cəsədi FHN xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:35-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar