15 iyulda gözlənilən hava şəraiti
14.07.2016 653 0.0 0

 

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 
 
Bakıda və Abşeron yarımadasında

 

İyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında

İyulun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq. 


Digər xəbərlər:
Şərhlər
avatar