14 avqustda gözlənilən hava şəraiti-XƏBƏRDARLIQ
13.08.2016 1527 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Avqustun 14-də günəşlihava şəraitinin olacağı, şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27, gündüz 34-39,  Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda  29-30 dərəcə isti olacaq.

 Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında 
Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında 
Avqustun 14-də hava şəraiti əsasən yağmursuz keçəcək, şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq və arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

Xəbərdarlıq

Azərbaycanın rayonlarında 
Avqustun 14-ü axşam, 15-də
 qərb küləyinin arabir güclənəcəyi gözlənilir, dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. 


Digər xəbərlər:
Şərhlər
avatar