12 yaşlı azərbaycanlı «Eurovision»da Belarusu təmsil edəcək - videolar
23.08.2015 835 0.0 0

Azərbaycanlı Ruslan Aslanov uşaqlar arasında “Eurovision-2015” mahnı müsabiqəsində Belarusu təmsil edəcək. 

Qazeta.info axsam.az-a istinadla bildirir ki,  Belarus mediasının məlumatına görə, Ruslan milli seçim turunun finalında qalib gəlib.

Ona Belarus milli seçim mərhələsinin rəmzi olan büllur mikrofon təqdim edilib. Noyabr ayında Bolqarıstanın paytaxtında keçiriləcək uşaq “Eurovision” müsabiqəsinin səhnəsində çıxış etmək hüququ uğrunda 7 solo ifaçı, 1 duet və 2 qrup mübarizə aparıb.

Həm tamaşaçılar, həm də peşəkar münsiflər heyəti 12 yaşlı Ruslanın ifa etdiyi “Ecazkarlıq” (“Volşebstvo”) mahnısını digər ifalardan daha  üstün hesab ediblər.

Səsvermənin nəticələri elan ediləndən sonra gənc ifaçı sevinc göz yaşlarını saxlaya bilməyib.

Əslən azərbaycanlı olan amma Belarusda yaşayan gənc ifaçı artıq bir neçə beynəlxalq layihədə özünü göstərib. Qazandığı bütün qələbələri əhəmiyyətli hesab edən Ruslan keçən il “Detskaya novaya volna” müsabiqəsində üçüncü yeri tutmasını və “Qolos.Deti” (Ukrayna) müsabiqəsini xüsusi qeyd edib.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar