08 oktyabrda gözlənilən hava şəraiti
07.10.2016 713 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Oktyabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Oktyabrın 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 08-09-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq  yarada bilər.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar