07 oktyabrda gözlənilən hava şəraiti
06.10.2016 646 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Oktyabrın 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar