05 dekabrda gözlənilən hava şəraiti
04.12.2015 615 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakıda və Abşeron yarımadasında

Dekabrın 05-də hava şəraitinin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturuAbşeron yarımadasında gecə1-3, gündüz 6-9, Bakıdagecə 1-3, gündüz 7-9 dərəcə istiolacaq.
Atmosfer təzyiqi normadan yüksək 767mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 05-də
hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərbküləyiəsəcək.
Havanın temperaturu gecə1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək istiolacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 05-i
gündüzdən 07-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

 


Digər xəbərlər:
Şərhlər
avatar