05 apreldə gözlənilən hava şəraiti
04.04.2018 1126 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Aprelin 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub küləyi  əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14,  Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz 55-65 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında

Aprelin 05-də hava şəraitinin  əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər şərq rayonlarında çiskin olacaq.  Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar