04 fevralda gözlənilən hava proqnozu açıqlanıb
03.02.2022 271 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, fevralın 04-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütununda 751 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 3-8° isti olacaq.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar