03 oktyabrda gözlənilən hava şəraiti
02.10.2016 1065 0.0 0

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 19-22°, Bakıda gecə  13-15° isti, gündüz  20-22° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 3-də hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında çiskinli olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar