02 iyunda gözlənilən hava şəraiti
01.06.2016 650 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki, 
 
Bakıda və Abşeron yarımadasında

 

İyunun 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir.  Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
İyunun 02-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.


Digər xəbərlər:
Şərhlər
avatar